“Adviad” MMC Pirallahı Yüksək Texnologiyalar Parkından kənar yeni rezidentliyə qəbul olunub

“Adviad” MMC Pirallahı Yüksək Texnologiyalar Parkından kənar yeni rezidentliyə qəbul olunub
# 05 iyun 2023 10:31 (UTC +04:00)

“Adviad” MMC - Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub. Bundan əvvəl isə platforma Avropa Yenidənqurma və İnkişaf Bankının "Star Venture Programı"nın qaliblərindən biri olub.

APA-Economics” xəbər verir ki, “Adviad” MMC 2018-ci ildə yaradılıb. Platforma digital reklamda AI (süni intellekt) istifadə edərək reklamların bir yerdən idarə edilməsinə imkan yaradır. 5 ölkədə 100-dən çox müştəriyə xidmət göstərən şirkətin əsas məqsədi Azərbaycanda və ölkədən kənarda reklam agentlikləri və brendlər üçün effektiv platformaya çevrilməkdir.

Məlumat üçün qeyd edək ki, Pirallahı Yüksək Texnologiyalar Parkından kəna rezidentliyə qeydiyyata alınan “Adviad” MMC bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunur.

Xatırladaq ki, Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR