Ağdam Sənaye Parkına əlavə 9 mln. manatdan çox investisiya yatırılır

Ağdam Sənaye Parkına əlavə 9 mln. manatdan çox investisiya yatırılır
# 13 may 2022 11:11 (UTC +04:00)

Ağdam Sənaye Parkında əlavə olaraq 9 mln. manatdan çox olan layihələrin icrasına başlanılacaq.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, layihələr Sənaye Parkının yeni rezident statusu alan Agah Group” və “Expert Services FZE” MMAZM tərəfindən reallaşdırılacaq.
Müəssisələr tərəfindən yatırılacaq investisiyaların hesabına 60 nəfər daimi işlə təmin ediləcək.

““Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR