Antonio Nusifora: Azərbaycan ixracatının bir neçə ölkə üzrə cəmləşməsi risklər yaradır

Antonio Nusifora: Azərbaycan ixracatının bir neçə ölkə üzrə cəmləşməsi risklər yaradır
# 08 dekabr 2022 17:39 (UTC +04:00)

Azərbaycan ixracatının bir neçə ölkə üzrə cəmləşməsi risklər yaradır.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib.

O bildirib ki, kənd təsərrüfatı üzrə əsas ixrac istiqaməti Rusiyadır. Pambığın 90%-i Türkiyəyə, qızılın demək olar hamısı İsveçrəyə yönəldilir. Bu isə o deməkdir ki, Türkiyədə tənəzzül olanda pambığın ixracatı, Rusiyada problem olanda kənd təsərrüfatı məhsullarının ixracı problemlə üzləşə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR