ASELSAN sərhədlərin qorunmasını asanlaşdırır - FOTO

ASELSAN sərhədlərin qorunmasını asanlaşdırır - FOTO
# 08 fevral 2023 14:00 (UTC +04:00)

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına tabe olan 135-ci Personal Xilasetmə və İrəli Hava Nəzarətçi Donanması Komandanlığı tərəfindən verilən 2022-ci ilin ikinci Dövr Təkmil Döyüş Nəzarətçisi və İrəli Döyüş Nəzarətçisi Təlimçisi Kursu başa çatıb.

Həyata keçirilən kursda, ASELSAN tərəfindən yerli və milli olaraq istehsal edilən ENGEREK Lazer Hədəf İşarələmə Cihazı da yer alıb.

Uzun illər Türkiyə Silahlı Qüvvələrinin inventarında olan ENGEREK həm də Azərbaycan Silahlı Qüvvələrinin xidmətindədir. ENGEREK 2020-ci ildə 44 günlük Vətən Müharibəsində də səmərəli istifadə olunub.

Xüsusi Təyinatlı Qüvvələr və Kəşfiyyat bölmələri ENGEREK ilə hədəfləri qeyd edərək, Bombardmançı, PUA-ların (SİHA) və ya Qurudan atılan lazerlə idarə olunan sursatların düşməni 100% müvəffəqiyyətlə vurmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR