ASELSAN şirkəti Türkiyədə zəlzələdən zərərçəkənlərə 15 milyon manat dəstək olub

ASELSAN şirkəti Türkiyədə zəlzələdən zərərçəkənlərə 15 milyon manat dəstək olub
# 28 fevral 2023 14:30 (UTC +04:00)

Fevralın 6-da Türkiyədə 10 bölgəni və 13 milyonluq əhalinin yaşadığı ərazidə baş verən zəlzələdən sonra bütün Türkiyə və Türkiyəni özünə dost, qardaş bilən ölkələr hadisə yerinə yardım üçün tələsib. Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN da bir çox şirkət və qurumlar kimi ölkənin imdadına yetişib. Zəlzələnin elə ilk saatlarında ASELSAN 5 milyon manatlıq yardımla hadisə yerinə üz tutub və sonra daha 10 milyon manatlıq yardımla dəstək vermək qərarına gəlib.

Zəlzələdən zərərçəkənlərə yardım məqsədilə təşkil olunan "Türkiyə Bir Ürək" kampaniyasında Müdafiə Sənayesi Komitəsi tərəfindən təxminən 325 milyon manatlıq yardım paketində ASELSAN xüsusi olaraq yer alıb.

ASELSAN tərəfindən hazırlanmış texnologiyalar zəlzələ zamanı və sonrakı dövrdə fasiləsiz olaraq fəaliyyət göstərib və bu gün də işini davam etdirir. Belə ki, bölgədə qurulan rabitə sistemləri, o cümlədən Jandarma İnteqrasiya Rabitə və İnformasiya Sistemi (JEMUS) zəlzələnin ilk saatlarından etibarən fasiləsiz olaraq istifadə olunur. ASELSAN termal kameraları həyat əlaməti olan insan istisini tapmaq üçün axtarış-xilasetmə qruplarının xidmətinə verilib. Həyat qurtaran yerli respiratorlar xəstəxanalara dəstək verməkdə, zəlzələdən zərərçəkmiş insanları yaşatmağa və nəfəs almalarına yardımçı olmaqda davam edir.

Bütün bunlarla yanaşı, ASİL Dərnəyi nəzdində ASELSAN heyəti tərəfindən könüllü olaraq yaradılan axtarış-xilasetmə qrupları fəlakətin təsirlərinin ən çox hiss olunduğu Hatayda dağıntılarda axtarış-xilasetmə işləri həyata keçirilmişdir. ASELSAN tərəfındən quraşdırılan Fəlakət və Logistika Mərkəzinə fəlakətdən sağ çıxan vətəndaşlar qəbul edilmişdir. Yaşayış, qidalanma, sağlamlıq, təhsil və logistika imkanları olan mərkəzin qurulması üçün ASELSAN heyəti gecə-gündüz çalışmaqdadır.

Bundan əlavə, Azərbaycanda ASELSAN-ın 100 faizlik sərmayəsi ilə yaradılan və bu il 25 illik yubileyini qeyd edən "ASELSAN Bakü" şirkəti də qardaş Türkiyədə baş vermiş zəlzələnin səbəb olduğu faciənin tez bir zamanda aradan qaldırılmasına dəstək olmaq məqsədilə Azərbaycandan "Qardaş Köməyi" Platformasına qoşulub, fəlakət bölgəsinə 1 tırdan çox geyim, çadır, yataq və digər əşyalar göndərmişdir. Şirkət hazırda da işçi heyəti ilə Türkiyədə konteyner və çadır şəhərciklərinin quraşdırılmasına dəstək verməkdədir. Xüsusilə belə çətin zamanlarda ASELSAN kimi şirkətlərin faydası daha yaxşı başa düşülür.

Fəlakətin fəsadlarının tez bir zamanda aradan qaldırılması məqsədilə ASELSAN "dövlətimizin və millətimizin yanındayıq, biz birlik və həmrəyliklə bunun öhdəsindən gələcəyik" - deyərək ilk gündən etibarən həm mühəndislik gücünü, həm də sistemlərini bölgə üçün səfərbər etmişdir. Belə bir zamanda zərərçəkənlərə var gücü ilə dəstək olmağa çalışan ASELSAN göndərdiyi yardımlarla bərabər həm də öz milli texnologiyaları - radio stansiyaları, rabitə sistemləri, səhiyyə sistemləri və ərazidəki işçi heyətilə Türkiyə dövlətinin və xalqının yanında olmağa davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR