Assosiasiya: Kiçik kəsim müəssisələri toyuq ətinə normadan artıq su vurur

Assosiasiya: Kiçik kəsim müəssisələri toyuq ətinə normadan artıq su vurur
# 18 aprel 2022 15:13 (UTC +04:00)

Bir çox pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsi səbəbindən quş əti üçün zəruri olan temperatur rejimi təmin edilmir.
APA-Economics” xəbər verir ki, bunu Quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli Azərbaycan Qida Təhlükəsizliyi üzrə Agentliyin (AQTA) rəhbərliyi ilə onlayn formatda keçirilən görüşdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu səbəbdən məhsulun keyfiyyəti aşağı düşür, nəticədə geriqayıtma faizi yüksəlir ki, bu da istehsalçılara zərər vurur.
“Başqa bir narahatedici məsələ, kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan yüksək həddə su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibətin pisləşməsidir”, - deyə Mürvət Həsənli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR