AVRORA QRUP Yeni il ərəfəsində uşaqların arzularını reallaşdırıb - VİDEO

AVRORA QRUP Yeni il ərəfəsində uşaqların arzularını reallaşdırıb - VİDEO
# 29 dekabr 2022 10:59 (UTC +04:00)

Avrora Qrup “ASAN Məktub” sosial proqramı ilə birlikdə Yeni İl münasibəti ilə Ağstafa və Qazax şəhərində yaşayan qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 nəfər uşağın arzuları çin olub.

Avrora Qrup 2022-ci il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2023-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Video link: https://youtu.be/n7lxf1wdA9o

#AvroraQrup #AvroraMMC #AvroraGroup #Asanmektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR