Azad edilmiş ərazilərdə fəaliyyətlə bağlı sahibkarların müraciətlərinin sayı açıqlanıb

# 04 iyun 2022 12:43 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müraciətlərinin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlardan bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Kicik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olub. Müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR