Azad edilmiş ərazilərdə sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək

Azad edilmiş ərazilərdə sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək
# 25 yanvar 2023 14:45 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektləri 500 mln. manat kommersiya kreditinə 450 mln.
manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulub.

"APA-Economics" xəbər verir, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu məbləğ üçün maksimum hesablanmış subsidiya məbləği 150 mln manatadək olacaq. Subsidiyanın ödənişi faiz üzrə 3 il müddətini əhatə edəcək. Hər bir kreditin maksimal məbləği 5 mln. manatadək olacaq. Həmin kreditin maksimum müddəti 7 ilə qədər ola bilər. Kommersiya bankının təqdim etdiyi faiz maksimum 15% olacaq. 10% bəndin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə Osman Xaliyev əlavə edib.

Fond sədri həmçinin qeyd edib ki, ötən il işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək məqsədilə 3 layihə üzrə kommersiya banklarından müraciət daxil olub. Bu müraciətlər müsbət dəyərləndirilib, aidiyyəti üzrə güzəştli kreditlər təmin edilib.

"Burada həm kənd təsərrüfatı, həm yeyinti sənayesi, eyni zamanda sənayenin istehsalı üzrə 3 layihədir. Hər biri müxtəlif istiqamətlər üzrədir",- deyə Osman Xaliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR