Azad olunmuş ərazilərdə biznesin qurulması ilə bağlı 900-dən çox müraciət olub

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 24 dekabr 2021 11:33 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 929 müraciət daxil olub.

"APA-Economics" xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bunlardan 441 müraciət investisiya layihələri, 488-i isə iş və xidmətlərin təşkili edilməsi ilə bağlıdır.

"Müraciətlərin 27%-i tikinti işlərini, 27%-i ticarət və xidmət sahəsini, 20%-i sənayeni, 18%-i kənd təsərrüfatını və digər 8%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. Müraciətlərin 111-i Şuşa, 109-u Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı və 13-ü Laçına investisiya yatırılması ilə bağlı olub. Həmçinin, 485 müraciət edən Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib, - deyə O. Məmmədov qeyd edib.

Xarici investorlardan daxil olan müraciətlərə gəldikdə, ümumilikdə 31 ölkə üzrə 305 layihə daxil olub.

"Bunlardan Türkiyə, İran, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər say olaraq üstünlük təşkil edir. Hazırkı mərhələdə ümumi sayı 44 olmaqla təsdiq edilmiş investisiya layihələrinin həcmi 272 mln. manat təşkil edir. Artıq 568 yeni iş yeri yaradılaraq 33 layihənin icrasına başlanılıb, 11-nin isə icrası davam edir. 44 layihədən 42-si yerli investorların payına düşür", - deyə O. Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR