Azərbaycan-Avstriya biznes forumu keçirilə bilər

Azərbaycan-Avstriya biznes forumu keçirilə bilər
# 28 sentyabr 2022 11:37 (UTC +04:00)

Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr

Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner ilə AZPOMO-nun rəhbəri Yusif Abdullayev arasında aparılıb.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsini də nəzərdən keçiriblər.

Yusif Abdullayev Agentliyin fəaliyyəti, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR