Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək

Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək
# 11 avqust 2022 16:37 (UTC +04:00)

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.

Bu barədə "APA-Economics"ə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirilib.

Məlumata görə, ilkin mərhələdə bu il ərzində 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR