Azərbaycan bu il 14 ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırıb

Azərbaycan bu il 14 ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırıb
# 19 iyun 2019 11:38 (UTC +04:00)

Bu il ərzində Azərbaycanda 5 mln. manata yaxın ixrac təşviqinin ödənilməsi həyata keçirilib. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ixrac təşviqinin ödənilməsi əslində özü-özündə nəticə deyil, nəticə onun bu mexanizm çərçivəsində stimullaşdırılan ixracdır.

"Bu il bu mexanizm çərçivəsində 87 mln. ABŞ dolları dəyərində ixracı stimullaşdırmışıq. Bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, biz o mexanizmi tətbiq etməklə şirkət və ixracatçıları xarici bazarlara çıxmasını stimullaşdırırıq. Artıq bu il ərzində biz 14 müxtəlif ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırmışıq", - deyə R. Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR