Azərbaycan bu il Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsini 100 mln. dollara çatdıracaq

Azərbaycan bu il Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsini 100 mln. dollara çatdıracaq
# 11 sentyabr 2019 12:02 (UTC +04:00)

Azərbaycan bu il Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsini 100 mln. ABŞ dollarına çatdırmaq niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 95 mln. dollar təşkil edib.

"Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət əlaqələri inkişaf edir. Ötən il aramızda ticarət dövriyyəsi 95 mln. dollar olub, biz güman edirik ki, bu il biz 100 mln. dollar səviyyəsində olan psixoloji göstəricini qət edəcəyik", - deyə nazir qeyd etdi

Görüş zamanı Y .Kuyvaşev Azərbaycanla Rusiya arasında olan iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 19% artmışdırsa, bu ilin ilk yeddi ayının nəticələrinə görə, artım 23% olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR