Azərbaycan Həştərxanla əməkdaşlıq sazişi bağlayacaq

Azərbaycan Həştərxanla əməkdaşlıq sazişi bağlayacaq
# 26 aprel 2022 13:24 (UTC +04:00)

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycana səfəri çərçivəsində Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyevlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqor Babuşkin "Teleqram" kanalında yazıb.

İqor Babuşkin bildirib ki, Abdin Fərzəliyev bundan öncə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olub və Həştərxan vilayəti ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən Heydər Əliyev Fondunun Həştərxanda layihələrinin həyata keçirilməsinə mühüm töhfə verib.

Abdin Fərzəliyev qeyd edib ki, kənd təsərrüfatının inkişafı iki region arasında əsas təmas nöqtəsidir. Bildirib ki, tərəflər əməkdaşlıq sazişinin bağlanması mövcud tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR