Azərbaycan İrlandiyaya şüşə ixracına başlayıb

Azərbaycan İrlandiyaya şüşə ixracına başlayıb
# 04 iyul 2022 17:38 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkından ilk dəfə olaraq İrlandiyaya şəffaf şüşə vərəqələrin ixracına başlanılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ilkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib.

Qeyd edək ki, Parkın ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələri istehsal olunur. Xatırladaq ki, vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR