Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Azərbaycan-İspaniya biznes forumu keçiriləcək
# 22 sentyabr 2022 12:01 (UTC +04:00)

Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, biznes forumun təşkili ilə bağlı məsələlər Agentliyin müşaviri Zöhrab Qədirovla İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Patrisia Sançez arasında müzakirə edilib.

AZPROMO rəsmisi ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR