Azərbaycan karbamid gübrəsinin satışını kəskin artırıb

Azərbaycan karbamid gübrəsinin satışını kəskin artırıb
# 26 yanvar 2022 11:57 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu tərəfindən son 3 il ərzində istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artaraq 372 min tona çatıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ildə müəssisənin gəlirləri 6 dəfə artaraq 223 mln. manata çatıb.

Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

Qeyd edək ki, zavod 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR