Azərbaycan Monteneqroda ticarət evi açacaq

Azərbaycan Monteneqroda ticarət evi açacaq
# 25 iyun 2019 16:57 (UTC +04:00)

Azərbaycanın Monteneqroda ticarət evinin açılması barədə razılıq əldə olunub.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Monteneqronun İqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib.

Onun sözlərinə görə, hazırda Monteneqroda Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, bu da olduqca böyük əhəmiyyət kəsb edir.

"Bu mərkəzin ölkələr arasında mədəniyyətlə bağlı məlumat mübadiləsində çox böyük rolu var. Hazırda isə biz ticarət evinin açılmasına dair razılığa gəldik ki, bu da iki ölkə şirkətlərinin özlərinin təşviqinə imkan yaradacaq", - deyə D. Sekuliç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR