Azərbaycan-Özbəkistan ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib 

Azərbaycan-Özbəkistan ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib 
# 17 iyun 2022 18:35 (UTC +04:00)

Azərbaycan və Özbəkistan ticarət əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli əməkdaşlığın inkişafı barədə müzakirələr aparıblar.

APA-Economics”in verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında paylaşım edib.

“Özbəkistanın İnvestisiya və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratovla ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli əməkdaşlığın inkişafı barədə müzakirə apardıq”, - paylaşımda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR