Azərbaycan Primorsk ilə turizm sahəsində layihələr edə bilər

Azərbaycan Primorsk ilə turizm sahəsində layihələr edə bilər
# 29 iyun 2022 14:53 (UTC +04:00)

Rusiyanın Primorsk diyarı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlıq məsələlərinə Primorsk diyarının birinci vitse-qubernatoru Vera Şerbinanın Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə işgüzar görüşü çərçivəsində baxılıb.

İclasda Vera Şerbina qeyd edib ki, ötən il Primorsk diyarı ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə iki dəfə artıb: 524 min ABŞ dollardan 1,5 mln. dollaradək.

Eyni zamanda Primorsk diyarından Azərbaycana ixrac 5 dəfə, Azərbaycandan Primorsk diyarına tədarük isə 2 dəfə artıb.

Onun sözlərinə görə, Primorsk diyarı Azərbaycana qiymətli metallar təklif edə bilər. “Ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Dəniz məhsulların ixracı artır. Biz Primorsk diyarından xammalın idxalı imkanlarını nəzərdən keçirməyi təklif edirik. Burada söhbət həm filiz, həm əlvan və qiymətli metalların konsentratları olan - qurğuşun, sink, mis, volfram, gümüş və qızıldan gedir. Balıq və balıq məhsullarına da diqqət yetirməyə dəyər. Yabanı qızılbalıq - çox keyfiyyətli və tələbatı olan məhsuldur. Onu ölkəmizin qərbində və Asiya-Sakit okean regionu ölkələrində aktiv şəkildə alırlar”, - deyə Vera Şerbina qeyd edib.

Bundan əlavə, Vera Şerbina Primorsk diyarından gəmi və təyyarələrin, o cümlədən çoxfunksiyalı helikopterlərin idxalı üçün gələcək imkanlara nəzər yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR