Azərbaycan qızıl ixracını iyunda 9%-dən çox artırıb

Azərbaycan qızıl ixracını iyunda 9%-dən çox artırıb
# 01 avqust 2022 14:09 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 79,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 26,4% azdır.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 107,9 mln. dollar təşkil edib.

Bu ilin may ayının göstəricisi ilə müqayisədə isə, iyunda qızıl ixracının dəyəri 1,4 mln. dollar və ya 9,3% artaraq 16,5 mln. dollar təşkil edib. Bu isə illik müqayisədə 19,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR