Azərbaycan qlobal rəqabət reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan qlobal rəqabət reytinqində mövqeyini yaxşılaşdırıb
# 09 oktyabr 2019 15:51 (UTC +04:00)

Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum – WEF) 2019-cu il üzrə qlobal rəqabət reytinqində ötən illə müqayisədə 11 pillə irəliləyib.

APA-Economics”in WEF-ə istinadən verdiyi məlumata görə, nəticədə Azərbaycan sözügedən siyahıda 62,7 indekslə 141 ölkə arasında 58-ci yerə layiq görülüb.

Bununla yanaşı, Azərbaycan "Əmək bazarı" indeksi üzrə 21-ci yeri, "Biznesin dinamikliyi" indeksi üzrə 23-cü yeri, "Məhsul bazarı" indeksi üzrə 23-cü yeri, "İnfrastruktur" indeksi üzrə 38-ci yeri, "Bacarıqlar" indeksi üzrə 48-ci yeri, "İctimai institutlar" indeksi üzrə 49-cu yeri, "Bazarın ölçüsü" indeksi üzrə 67-ci yeri, “İnnovasiya potensialı” indeksi üzrə 68-ci yeri, "İKT-nin potensialı" indeksi üzrə 69-cu yeri, "Maliyyə bazarının inkişaf etməsi" indeksi üzrə 96-cı yeri, "Sağlamlıq" indeksi üzrə 98-ci yeri, "Makroiqtisadi mühit" 103-cü yeri tutub.

Ümumiyyətlə, ötənilki reytinqlə müqayisədə Azərbaycanın 8 indeks üzə mövqeyi yaxşılaşıb, 3 indeks üzrə pisləşib, 1-i üzrə isə dəyişməz qalıb.

Qeyd edək ki, builki qlobal rəqabət reytinqində ilk pillədə Sinqapur (indeks 84,8) qərarlaşıb. İlk onluqda həmçinin ABŞ (83,7), Honkonq (83,1), Niderland (82,4), İsveçrə (82,3), Yaponiya (82,3), Almaniya (81,8), İsveç (81,2), Böyük Britaniya (81,2) və Danimarka (81,2) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR