Azərbaycan şəkər ixracını azaldıb

Azərbaycan şəkər ixracını azaldıb
# 18 aprel 2022 11:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana 40 011,77 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% azalıb.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,37%-ə bərabər olub. Hesabat dövründə ölkədən 11 844,65 ton şəkər ixrac edib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 33,9% azdır. İxrac edilən məhsulun dəyəri 7 641,58 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 15,3% azdır. Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,05%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR