Azərbaycan şəkər ixracını kəskin azaldıb

Azərbaycan şəkər ixracını kəskin azaldıb
# 23 iyul 2022 14:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 93 952,16 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% azalıb.

Cari ilin ilk altı ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,48%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 14 923,67 ton şəkər ixrac edib ki, bu da 2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 59,6% azdır. İxrac edilən məhsulun dəyəri 9 635,15 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 49,5% azdır.

Bu ilin ilk altı ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,05%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,66%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR