Azərbaycan şirkətinin AYİB-lə həyata keçirdiyi layihə dayandırılıb

Azərbaycan şirkətinin AYİB-lə həyata keçirdiyi layihə dayandırılıb
# 13 yanvar 2023 10:53 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda inşaat sektorunda fəaliyyət göstərən "Universal Pro" MMC ilə birgə icra etdiyi layihə dayandırılıb.

"APA-Economics" bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankına istinadən xəbər verir.
Bildirilib ki, "Universal Pro" şirkətlərə icarəyə ofislərin verilməsi üçün 3,700 kvadrat metr sahəsi olan dörd mərtəbəli bina tikməyi planlaşdırmışdı. Şirkət bunun üçün ümumi dəyəri 6,8 milyon manat olan layihəyə AYİB-dən 3,5 milyon ABŞ dolları ekvivalentində (5 milyon 950 min AZN) yüksək təminatlı kreditin verilməsi üçün müraciət etmişdi. Şirkətin müraciətinə baxılma müddəti bitib və tərəflər qarşılıqlı razılıq əsasında layihəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR