Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası sahibkarlara çağırış edib

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası sahibkarlara çağırış edib
# 15 fevral 2023 16:13 (UTC +04:00)

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib.

"Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətlərdən bəziləri məhz humanistlik, yardımsevərlik, çətin günlərdə birlik olmaları olub. Türkiyə Respublikasında baş vermiş zəlzələnin ilk anlarından etibarən qardaş türk xalqına göstərilən dəstək hər iki xalqın arasında olan sarsılmaz münasibətləri bir daha sübuta yetirdi.

Hazırda zəlzələnin fəsadlarını bildirən statistik məlumatlar daim yenilənir və həlak olanların sayının artması hər birimizi kədərləndirir. Bu çətin anlarda sahibkarlar olaraq Türkiyə xalqına dəstək göstərmək hər birimizin qardaşlıq borcudur. Biz də öz növbəmizdə zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL ianə etmişik. Aparılacaq yenidənqurma işlərinə yardım etmək məqsədilə də lazımi tikinti materialları tezliklə tərəfimizdən göndəriləcək.

İnanıram ki, hər biriniz bu məsələyə yüksək həssaslıqla yanaşacaqsınız və qardaş türk xalqına lazımi dəstəyi göstərəcəksiniz", - deyə çağırışda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR