Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşıb

Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşıb
# 13 iyul 2022 17:21 (UTC +04:00)

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

O qeyd edib ki, anlaşma memorandumları iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafına mühüm töhfə verəcək.

Sənədlərdə nəqliyyat, İKT, mədəniyyət, turizm, sahibkarlıq, şəhər planlaşdırması, enerji səmərəliliyi, gənclər və idman, tullantıların idarə olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. məsələlər əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR