Azərbaycan və İordaniya arasında işgüzar əməkdaşlığa dair imzalanma olub - FOTO

Azərbaycan və İordaniya arasında işgüzar əməkdaşlığa dair imzalanma olub - FOTO
# 19 aprel 2022 11:13 (UTC +04:00)

Azərbaycan iş adamlarının İordaniyada işgüzar səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İordaniyanın Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai imzalayıblar.
Sənəd hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, səfər çərçivəsində bundan öncə KOBİA ilə İordaniya İş Adamları Assosiasiyası, həmçinin İordaniyanın Sənaye Palatası arasında da əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR