Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq
# 01 avqust 2022 12:38 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair fikir mübadiləsi Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimovla AZPROMO-nun rəhbəri Yusif Abdullayev arasında keçirilən görüşdə aparılıb.

Tərəflər həmçinin ölkələr arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı məsələlərinə də toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR