Azərbaycan və Türkiyə tərcihli ticarət sazişinin miqyasını genişləndirmək niyyətindədir

Rövşən Nəcəf

© APA | Rövşən Nəcəf

# 22 dekabr 2021 14:59 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi illik müqayisədə təqribən 7% artaraq 4,2 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, bu göstərici üzrə Türkiyə Azərbaycanın ikinci ən böyük tərəfdaşı mövqeyini qoruyub.

"2021-ci ildə qüvvəyə minən tərcihli ticarət sazişi ilə bir sıra məhsullar üzrə gömrük rüsumu illik tarif kvotaları çərçivəsində 0%-ə endirilib. Hazırda bu sazişin miqyasının genişləndirilməsi istiqamətində müzakirələr aparılır", - deyə nazir müavini qeyd edib.

O həmçinin əlavə edib ki, bunun nəticəsi olaraq növbəti illərdə ikitərəfli ticarət göstəricilərində əlavə artımın olacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmağı hədəfləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR