Azərbaycan və Vyetnam arasında tekstil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Vyetnam arasında tekstil sahəsində əməkdaşlıq müzakirə olunub
# 25 may 2022 17:12 (UTC +04:00)

Azərbaycan və Vyetnamın tekstil sahəsində fəaliyyət göstərən iş adamları arasında ticarət əməkdaşlığına dair müzakirələr aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, tərəflər arasında iki gün onlayn formatda təşkil olunan görüşdə, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Sənaye və Ticarət Nazirliyinin Avropa-ABŞ bazarı departamentinin müdiri Ta Hoanq Linh, VITAS-ın sədri Vu Duk Gianq, AZPROMO-nun müşaviri Zöhrab Qədirov, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova və hər iki ölkədən 50-dək sahibkar iştirak edib.

Görüşdə biznes dairələri arasında tekstil sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, ixrac imkanları müzakirə edilib, şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR