Azərbaycana dərmanların idxal dəyəri martda azalıb

Azərbaycana dərmanların idxal dəyəri martda azalıb
# 19 aprel 2022 11:24 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana 163 369,57 min ABŞ dolları dəyərində 7 455,82 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 44,3%, həcmi isə 15,5% atıb.

Bu ilin mart ayında ölkəyə 43 862,29 min. dollar dəyərində 2 754,84 ton sözügedən məhsullar idxal edilib ki, bu da fevral ayı ilə müqayisədə dəyər ifadəsində 39,7% az, həcm ifadəsində isə 21,7% çoxdur.

Qeyd edək ki, bu ilin birinci rübündə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,58%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR