Azərbaycana dərmanların idxalı avqustda azalıb

Azərbaycana dərmanların idxalı avqustda azalıb
# 17 sentyabr 2022 13:18 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 151,98 min ABŞ dolları dəyərində 19 065,98 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 12,2%, həcmi isə 26,1% atıb.
Bu ilin avqust ayında ölkəyə 55 447,82 min. dollar dəyərində 1 584,68 ton sözügedən məhsullar idxal edilib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 20,8% çox, həcm ifadəsində isə 22% azdır.
Qeyd edək ki, bu ilin ilk səkkiz ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,87%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR