Azərbaycana düyü idxalı 7%-dən çox artıb

Azərbaycana düyü idxalı 7%-dən çox artıb
# 23 iyul 2022 14:17 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 26 606,89 ABŞ dolları dəyərində 31 572,63 ton düyü idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 22,5%, həcmi isə 7,3% artıb.

Qeyd edək ki, cari ilin ilk altı aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR