Azərbaycana ət, süd və kərə yağının idxalı artıb

Azərbaycana ət, süd və kərə yağının idxalı artıb
# 18 aprel 2022 11:12 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana 15 674,52 min dollar dəyərində 9 161,85 ton ət idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu bir il öncəki göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 4,8%, həcm göstəricisi üzrə isə 4,2% çoxdur.

Hesabat dövründə ölkəyə 4 137,63 min dollar dəyərində (artım 47,3%) 2 932,78 ton (artım 52,8%) süd idxal olunub.

Bununla yanaşı cari ilin ilk üç ayında 26 910,47 min dollar dəyərində 4 966,88 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 34% və 19,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR