Azərbaycana mebel idxalı apreldə 18%-dək artıb

Azərbaycana mebel idxalı apreldə 18%-dək artıb
# 21 may 2022 11:36 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 30 894,36 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15,4% artıb.

Bu ilin mart ayı ilə müqayisədə isə apreldə sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 351,98 min dollar və ya 17,7% artıb. Aprel ayında ölkəyə 8 984,0 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76% bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR