Azərbaycana mebel idxalı iyunda 33% artıb

Azərbaycana mebel idxalı iyunda 33% artıb
# 23 iyul 2022 12:20 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 50 278,06 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16% artıb.

Bu ilin may ayı ilə müqayisədə isə iyunda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 2 738,1 min dollar və ya 33% artıb.

İyun ayında ölkəyə 11 060,9 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,79% bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR