Azərbaycana mebel idxalı martda 16%-dək artıb

Azərbaycana mebel idxalı martda 16%-dək artıb
# 18 aprel 2022 17:55 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana 21 910,36 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 14,3% artıb.

Bu ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 035,53 min dollar və ya 15,7% artıb. Mart ayında ölkəyə 7 632,02 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk üç ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,75% bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR