Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb
# 13 iyun 2022 17:09 (UTC +04:00)

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının birinə 1 699,3 minə çatıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.

Bildirilib ki, 3 ildən çox müddətdə ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasəti, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR