Azərbaycanda baytarlıq preparatları zavodu inşa olunacaq

Azərbaycanda baytarlıq preparatları zavodu inşa olunacaq
  • Clock-gray 17:14
  • calendar-gray 19 İyul 2019

Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı 19-a çatıb.

APA-Economics”in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb. Nəticədə sənaye parkının rezidentlərinin sayı 19-a çatıb.

“Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri 20 mln. manata yaxındır.

İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək. Müəssisədə 40-dək daimi iş yeri yaradılacaq.

APA-Economics

Digər xəbərlər

Arxiv

date