Azərbaycanda bu il sabikarlara 150 mln. manatlıq kreditlərin ayrılması nəzərdə tutulub

Azərbaycanda bu il sabikarlara 150 mln. manatlıq kreditlərin ayrılması nəzərdə tutulub
# 25 yanvar 2023 14:52 (UTC +04:00)

2023-cü ildə ilkin hesablamalara görə, ötən il ərzində verilmiş kredit məbləği qədər kredit ayrılması nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında deyib.

"Bu məbləğ dəyişə də bilər, amma bu il üçün nəzərdə tutulan məbləğ 150 milyon manatdır",- deyə Osman Xaliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR