Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib
# 19 aprel 2022 17:28 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 1 yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib. İqtisadiyyat NazirliyindənAPA-Economics”ə verilən məlumata görə, dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.
Qeyd edək ki, aprel ayı üzrə daha 2 hərrac keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR