Azərbaycanda daha 2 faydalı qazıntı yatağı özəlləşdirilir

Azərbaycanda daha 2 faydalı qazıntı yatağı özəlləşdirilir
# 21 may 2022 13:13 (UTC +04:00)

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, Quba rayonunda yerləşən “Babaçay” qum çınqıl yatağının 5 LOT üzrə 21 hektar sahəsi və “Qonaqkənd” qum-çınqıl yatağının 15 LOT üzrə 73 hektar sahəsi hərraca çıxarılıb.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 14 iyun saat 16:00-a qədər qəbul olunur.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3FX5tRX) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/38D5rSW ) tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR