Azərbaycanda dərman istehsalı 2 dəfədən çox artıb

Azərbaycanda dərman istehsalı 2 dəfədən çox artıb
# 18 iyun 2022 11:50 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu isə Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1,2 %-ni təşkil edib. Belə ki, bu ilin 5 ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının pərakəndə ticarət dövriyyəsi 445,3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR