Azərbaycanda əczaçılıq məhsullarının satışları apreldə 13%-dək azalıb

Azərbaycanda əczaçılıq məhsullarının satışları apreldə 13%-dək azalıb
# 16 may 2022 16:17 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 340,7 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 20,1% və ya 57 mln. manat çoxdur.
Bu ilin mart göstəricisi ilə müqayisədə isə aprel satışlarının həcmi 12,7% və ya 11,1 mln. manat azalaraq 76 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk dörd ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisinə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR