Azərbaycanda əczaçılıq məhsullarının satışları avqustda azalıb

Azərbaycanda əczaçılıq məhsullarının satışları avqustda azalıb
# 12 sentyabr 2022 13:15 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 722,7 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 24,5% və ya 142,2 mln. manat çoxdur.
Bu ilin iyul göstəricisi ilə müqayisədə isə avqust satışlarının həcmi 34,6% və ya 35,5 mln. manat azalaraq 67 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR