Azərbaycanda "Elektron kredit və zəmanət” informasiya sistemi yaradılacaq

Azərbaycanda "Elektron kredit və zəmanət” informasiya sistemi yaradılacaq
# 09 yanvar 2023 15:51 (UTC +04:00)

Azərbaycanda "Elektron kredit və zəmanət” informasiya sistemi yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi” barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılmasını altı ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməli, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görməlidir.

Fərmana görə, Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR