Azərbaycanda İT sahibkarlıq üçün qanunvericilik hazırlanır

Azərbaycanda İT sahibkarlıq üçün qanunvericilik hazırlanır
# 28 aprel 2022 11:49 (UTC +04:00)

Azərbaycanda xüsusilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin bəhrələnə biləcəkləri müvafiq qanunvericilik hazırlanır.

"APA-Economics" xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, hazırda sənəd Nazirlər Kabineti və müvafiq nazirlər səviyyəsində müzakirədədir.

"Hesab edirik ki, həmin sənədin qəbul edilməsi - mövcud qanunvericiliyə düzəlişlər formasında və ya ayrı bir qanun formasında bu sənədlərin müzakirə edilməsi, ölkədə kiçik və orta sahibkarlığın, xüsusilə də İT sahəsində sahibkarlığın inkişafı üçün böyük bir təkanverici qüvvə olacaq",- deyə Rəşad Nəbiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR