Azərbaycanda kimya sənayesi üzrə istehsal 18% artıb

Azərbaycanda kimya sənayesi üzrə istehsal 18% artıb
# 13 avqust 2022 11:29 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 milyard 339,4 milyon manatlıq kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatları istehsal edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 18 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 9,5 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9 faiz, kimya məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya məmulatlarının istehsalı 11,9 faiz artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 18,2 faiz azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR